“Əlvida ilk müəllimim”
27 may tarixində məktəbimizin IV sinif şagirdlərinin “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi iştirak edib. Buraxılış gecəsi şagirdlərin Azərbaycan milli rəqsini ifa etməsi ilə başlayıb. Daha sonra şagirdlər 4-il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib. Mahnı və şeirlər, rəngarəng rəqslər ifa ediblər. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb. Bayramı şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirilib. Məktəbin direktoru Mikayılov Şakir öz çıxışında bildirmişdir ki, hər bir müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər. Məktəbimiz heç bir zaman bu cür ibtidai sinif müəllimi cəhətdən qıtlıq çəkməyib, hər zaman zəngin olub. Məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar. Elm yolu çətin yoldur. Xanım müəllimə bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir.Daha sonra çıxış edən natiqlər, təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda 4 il ərzində qazanılan nailiyyətlərdən danışdılar, bildirdilər ki, məktəbin təhsil uğurları hər birimizi sevindirir. Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir. Tədbirdə çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Xanım müəlliməyə sonsuz minnətdarlıqlarını bildiriblər. Tədbirin yekununda çıxış edən Xanım müəllimə şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək təhsillərində uğurlar diləmiş, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirmişdir.