28 May-Respublika Gününə həsr olumuş tədbir keçirildi

Mayın 27-də 168 №-li tam orta məktəbin akt zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirilmişdir. Tədbirə qatılan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov və digər qonaqlar ilk öncə foyedə doğma Azərbaycana, Cümhuriyyət dövrünə və Respublika gününə həsr edilmiş əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış oldular. Azərbaycannın dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlil Mirzəyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söyləmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışımışdır. Cəlil Mirzəyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirib ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub. Tədbirdə rayon ictimaiyyəti və ziyalıları adından çıxış edən məktəbimizin tarix müəllimi Səkinə Sadıqova öz çıxışında vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm xalqımız üçün həm də dünya miqyasında çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün ona görə əhəmiyyətli idi ki, əsrlər boyu arzuladığı müstəqilliyə qovuşmuşdu. Dünya tarixində ona görə əhəmiyyətli idi ki, müsəlman şərqində ilk yaradılmış demokratik müstəqil respublika idi. 23 aylıq ömrü olan Cühmhuriyyətdə milli atributlarımızdan olan gerbimiz, himnimiz, bayrağımız yaradıldı. Dövlət strukturları formalaşdı. Nazirliklər yaradıldı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq o dövr xalqımız üçün uğurlu olmuşdur. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov özündən daha öncə çıxış edən natiqlərin fikirləri ilə həmrəy olduğunu bildirərək, öz çıxışında bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarında olduğunu xüsusi qeyd etmişdir. Çıxış edənlər cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra 28 May – Respublika Günü münasibətilə Rayon məktəblilərinin və məktəbəqədər tərbiyə müəssisələrinin yetirmələrinin ifasında hazırlanmış bədii proqram yığıncaq iştirakçılarının böyük marağına və gurultulu alqışlarına səbəb olmuşdur. Tədbirin yekununda Pirallahı rayonunun məktəblilərdən ibarət yeganə xor qrupu olan, məktəbimizin ingilis dili müəlliməsi Adıgözəlova Mehribanın rəhbərlik etdiyi “Günəş Şəfəqləri” (Sun Shine) qrupunun ifasında həm Azərbaycan, həm də ingilis dilində səslənən ölməz sənətkarımız M.Maqomayevin “Azərbaycan mahnısı” tədbirə öz möhürünü vuraraq, tədbir iştirakçılarına qürur, fərəh, heyrət dolu unudulmaz anlar yaşatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi