Milli İnsan Hüquqları aylığı ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir

Bu gün məktəbimizdə Pirallahı rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Namiq Hüseynov və Orxan Babayev, Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədlinin iştirakı ilə artıq bir neçə gündən sonra məktəb, şagird həyatına əlvida deyərək müstəqil həyatın yollarına çıxacaq olan XI sinif şagirdləri üçün İnsan Hüquqlarnın müdafiəsinə dair maarifləndirici tədbir keçirilmişdir. Milli İnsan Hüquqları aylığı ilə əlaqədar Pirallahı rayonunda keçirilinən silsilə tədbirlərə daxil olan bu günkü tədbirin əsas məqsədi və mahiyyəti sözügedən məsələyə dair gənclərimizin maarifləndirilməsi, onlara qayğısız məktəb həyatından sonrakı qayğılı, keşməkeşli həyat yollarında qarşılarına çıxacaq çətinliklərə dair müvafiq məlumatların verilməsi, onları gözləyən çətinliklərdən çıxış yollarının izah olunması idi. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov öz çıxışında bildirmişdir ki, 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair” təsdiqlənən dövlət proqramında insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları günü kimi təsis edilib. Prezidentin sərəncamına uyğun olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda Milli İnsan Hüquqları aylığı keçirilir.Tədbirdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə danışmışdır. Tədbirin gedişatı prosesində 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov çıxış edərək Pirallahı rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarına məktəbin pedaqoji kolllektivi, valideynlər və şagirdlər adından öz təşəkkürünü bildirmiş, belə tədbirlərin şagirdlərin dünyagörüşünün, hüquqi biliklərinin artmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi