"Çərşənbə iməclikləri" layihəsinin yekunu - İlaxır çərşənbə iməcliyi keçirildi.
2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu məqsədlə məktəbimizdə ekoloji lahiyələrin həyata kecirilməsi ilə əlaqədar Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də “ Çərşənbə iməclikləri “ dir. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir. Novruz bayramına kimi çərşənbələr ərəfəsində müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbimizdə iməcliklərin təşkili həyata keçirildi. Əvvəlki çərşənbələrdə olduğu kimi, ilaxır çərşənbə günü də məktəbimizin rəhbər, pedaqoji və şagird heyəti böyük həvəs və əzmkarlıqla iməclikdə iştirak etdilər. Şagirdlər sinif otaqlarında və məktəbin həyətində təmizlik işləri gördülər. Məktəbyanı sahədəki torpaq şumlandı, ağacların dibi yumşadıldı, abadlıq və təmizlik işləri aparıldı.