Məktəblilərarası I Məntiq Olimpiadasının final mərhələsinin iştirakçısı olan şagirdimiz mükafatlandırıldı

Şagirdlərin məntiq elminə marağının artırılması və potensiallı şagirdlərin aşkara çıxarılması məqsədi ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası keçirilmişdir. Olimpidada V-VI sinif şagirdləri iştirak etmişdir. İmtahan müddətində şagirdlərə 30 məntiqi sual cavablandırılması üçün 90 dəqiqə vaxt verilmişdir. Məktəbimizin şagirdləri bu olimpiadada öz xüsusi fəallıqları ilə seçilmişlər. Onlardan Məmmədzadə Röyal Namiq oğlu olimpiadanın final mərhələsinin iştirakçısı olmuş və bu uğuruna görə Bakı Şəhər Təhsil İdarəsi və İstək liseyinin rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırılmışdır. Şagirdimizin bu uğuru 168 kollektivinin hər bir üzvünü ürəkdən sevindirmişdir. Məktəb direktorumuz Mikayılov Şakir Röyal balamızı uğuru münasibətilə elə öz sinif otağında, sinif yoldaşlarının əhatəsində təbrik edərək ona öz ürək sözlərini, xoş arzularını ünvanlamışdır. Bütün sinif yoldaşlarına Röyalı örnək göstərərək hər birinə onun qədər uğurlu, düşüncəli, diqqətli olmağı nəsihət etmişdir. Qeyd edək ki, şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərən Məntiq Olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdi iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Məktəblilərin marağı nəzərə alınaraq Olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub. Şagirdlərimizə olimpiadanın növbəti illərində daha yüksək zirvələr fəth etməyi, final mərhələsinin nəinki iştirakçısı, hətta qalibi olmağı arzu edirik
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi