Qala Dövlət tarix-etnoqrafiya qoruğuna ekskursiya

Məktəbimizin IX, X, XI sinif şagirdlərinin tarix müəllimləri Sadıqova Səkinə, Zeynalova Aygün və dil ədəbiyyat müəllimi Alxasova Sevdanın rəhbərliyi altında "Sevərək qoruyaq, tanıyaraq tanıdaq" devizi altında Qala Dövlət tarix-etnoqrafiya qoruğuna ekskursiyası təşkil olunmuşdur. Müəllimlərimiz tərəfindən ayrı-ayrı siniflərlə, müxtəlif vaxtlarda həyata keçirilən ekskursiyaların ənənəvi məqsədinə sadiq qalaraq bu dəfə də məqsəd şagirdlərimizin asudə, dərsdənkənar vaxtının səmərəli təşkili, xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrənmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsildə incə estetik zövq formalaşdırmaq, onları maarifləndimək idi. Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir. Tarix müəllimləri gəzinti zamanı qoruq haqda şagirdlərə məlumatlar vermiş, bildirmişlər ki, Qala Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür. Qala qəsəbəsinin tarixi hissəsində Qala Dövlət tarix-etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III miniliyə aid olan qədim insan yaşayış məskənidirTarixi eksponatlarla zəngin olan bu məkan şagirdlərdə böyük marağa səbəb olmuşdur. Onlar ekskursiyadan xüsusi zövq aldıqlarını bildirmiş, belə gəzintilərin müəllimlərimiz tərəfindən mütəmadi olaraq təşkil olunmasından məmnununluq hissi keçirdiklərini dilə gətirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi