PARLAQ ZƏKA İNTELLEKTUAL OYUNUNUN QALİBİ OLDUQ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən “Parlaq Zəka” intellektual oyununun məktəblilər arası 1-ci çempionatı start götürüb. Layihənin ilkin seçim turu Pirallahı rayonu üzrə 168 saylı tam orta məktəbdə baş tutub. 14 may tarixində məktəbimizdə keçirilən oyun Pirallahı rayonunda fəaliyyət göstərən 168, 186, 231, 235, və 243 nömrəli məktəblərin IX-XI sinif şagirdlərindən təşkil olunmaqla 5 üzvdən ibarət komandaların yarışı şəklində keçirilib. Yarışmanın məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, onların dünyagörüşünü zənginləşdirmək, müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik, bacarıqlarının artmasına yardım etməkdir. Sualların tərtibində Azərbaycan tarixi, mədəniyyəti, coğrafiya, idman, ədəbiyyat, ümumi mövzuları və s. əhatə etməklə maraqlı mövzulara toxunulub. Mövzular əvvəlcədən məktəb rəhbərilyinin və komanda üzvlərinin nəzərinə çatdırılmışdır. Belə ki, “İdmançılarımız”, “Azərbaycan etimalogiyası”, “ Azərbaycan Xanlıqları”, “Azərbaycan Kinosu” , "Mirzə Ələkbər Sabir’’ kimi milli tematika mövzuları üzrə iddiaçılar öncədən gərgin mübarizəyə hazırlaşmışdılar. Hər mövzu üzrə hər komandadan 1 nəfər üzv iştirak edir, suallar elan olunmamışdan öncə iştirakçılar Azərbaycan dilinin qrammatikası və natiqlik məharəti üzrə verilən tapşırıqları icra edirdilər. Tapşırıqların nəticəsinə müvafiq olaraq iştirakçılar qırmızı, yaşıl, sarı xalılarda sualllara cavab verərək irəliləməklə komandalarına xallar qazandırırdılar. Zəka meydanında cavabı tapılmayan sualların cavabını tribunalarda əyləşən və ən tez əlini qaldıran iddiaçılar verirdi. Kimin cavablandırmasını isə Zəka məclisinin məsul katibləri qərarlaşdırırdılar. Hər komanda üzvünə verilmiş sualın dəyəri 5 bal, cavabı tapılmayan, lakin daha sonra iddiaçı komanda üzvləri tərəfindən cavablandırılan sualların dəyəri isə 1 balla qiymətləndirilmişdir. Yarışın yekununda Pirallahı rayonu üzrə fəaliyyət göstərən məktəblər arasında məktəbimizin komandası qalib olaraq I yerə layiq görülmüşdür. Çempionatın növbəti, şəhər mərhələsi iyun ayında baş tutatcaqdır. Qeyd edək ki, məktəbimizi bu mötəbər yarışda Həsənli Fərid, Şərifli Əbdül, Allahverənli Rüstəm, Cabbarova Dərya və Əhmədov Cəlil təmsil edib. Komandamızın bütün üzvlərinə məktəb rəhbərliyi adından bizi uğurla təmsil etdiklərinə görə təşəkkür edir, şəhər mərhələsində rayonumuzu və eləcə də məktəbimizi yenidən birinciliyə qovuşdurmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi