Xocalı Soyqırımı-XX əsrin faciəsidir

24 fevral 2017-ci il tarixində məktəbimizin müəllim və şagird kollektivi tərəfindən Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Xocalıya ədalət, gələcək üçün ibrət” adlı tədbir hazırlanmışdır. Məkətəbyanı sahədə 25 ağac əkilmiş, Xocalı faciəsinə həsr olunmuş 25 inşa yazılmış, 25 divar qəzeti hazırlanmış, 25 rəsmdən ibarət sərgi təşkil olunmuşdur. Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar məktəbin akt zalında hazırlanmış ədəbi bədii xatirə gecəsi keçirilmişdir.Tədbirə soyqırımın şahidi olanlar da dəvət olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəblilərin ifasında “Xocalı faciəsi”ndən bəhs edən səhnəciklər göstərildi, şeirlər səsləndirildi. Ardınca tədbir iştirakçılarına “Xoca” filmi nümayiş olundu. 24 fevral tarixində məktəbimizin bütün siniflərinə ilk dərs “Xocalı Soyqırımı-XX əsrin faciəsi”mövzusuna həsr olunmuşdur. Məktəbin direktoru Şakir Mikayılov və 50 nəfərdən ibarət müəllim şagird kollektivi ”Ana fəryadı” abidəsini ziyarət etmişlər. Kollektiv Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək qərənfillər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi