YAP-ın məktəb üzrə hesabat iclası keçirildi

Fevralın 24-də məktəbimizdə Yeni Azərbaycan Partiyası idarə heyətinin növbəti iclası keçirilib. İclasda Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçisi Niftəliyev Həsən, məktəbin direktoru Mikayılov Şakir və məktəb üzrə YAP-ın üzvlərindən nümayəndələr iştirak ediblər.Tədbirdə YAP-ın məktəb üzrə idarə heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının məktəbdəki üzvlərinin tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və idarə heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Səs çoxluğu ilə məktəb üzrə YAP-ın sədri yenə də dil ədəbiyyat müəllimi Alxasova Sevda seçilmişdir. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti YAP-ın Pirallahı rayon təşkilatının başçısının müavini Həsən müəllim iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, bildirib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilib. Ötən ilin əsas siyasi hadisəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak edib, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib. 26 sentyabrda keçirilən referendumda Pirallahı sakinləri böyük seçici fəallığı nümayiş etdirib, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bir daha ifadə ediblər. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi oldu.Vurğulanıb ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.Tədbirdə çıxış edən məktəb üzrə YAP-ın sədri Alxasova Sevda iclas iştirakçılarına səs çoxluğu ilə onu yenidən bu cür məsul və şərəfli vəzifəyə layiq bildikləri üçün dərin təşəkkürünü bildirib. Natiq öz çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində yeni üzvlər qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı xeyli artıb. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi