Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş dəyirmi masa

Mayın 8-də məktəbimizdə IX sinif şagirdlərinin iştirakı ilə dağıdılmış mədəniyyət beşiyi olan Şuşanın işğalının 23-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masa şagird və tədbirdə iştirak edən müəllimlərimizin diskussiyası, mövzu ətrafında müzakirəsi şəraitində keçdi. İlk olaraq tədbiri məktəbimizin sayılıb seçilən, qocaman müəllimlərindən olan, tarix müəlliməsi Sadıqova Səkinə Şuşanın qədim tarixindən bəhs edən mühazirə ilə çıxış edərək açdı. O bildirdi ki, əsrlərdən bəri böyük Ermənistan xülyası ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atmışlar. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Firudin bəy Köçərli, Xurşudbanu Natavan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov kimi ziyalılarımızı və tarixi şəxsiyyətlərimizi yetirən Şuşa şəhəri tarix boyu alınmaz qala olmuşdur.Səkinə müəllimə xüsusi vurğuladı ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır. Şuşanın işğalı nəticəsində 480 günahsız soydaşımız qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Bu gün ermənilər Azərbaycana məxsus olan bir çox abidələrimizi məhv edib və ya erməniləşdiriblər.Daha sonra natiq bu dəhşətli tarixi cinayətlə bağlı şagirdləri maraqlandıran sualları cavablandırdı. Müzakirə zamanı çıxış edən şagirdlər öz çıxışlarında əminliklə söyləmişlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkə rəhbəri Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək və Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaqdır. Hər bir azərbaycanlı bu günü səbrsizliklə gözləyir və bu günün çox yaxında olduğuna inanır. Tədbirin yekununda məktəbin tərbiyə işləri üzrə müavini Rəhimova Sevda düşmənin məkrli, arxalı və hiyləgər olduğunu qeyd etmiş, bu düşmənə qalib gəlmək üçün birliyin, dünyanı öz həqiqətlərimizə yaxınlaşdırmağın vacibliyini diqqətə çatdırmışdır. Artıq Qarabağ problemi bir xalqın problemi çərçivəsindən çıxaraq dünyanın qəlbində demokratiya hissi olan insanların probleminə çevrilmişdir. O, həmçinin vurğuladı ki, bu cür tədbirlərin keçirilməsi vacibdir və tarixi yaddaşımızı yeniləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi