Müəllimimizin elmi məqaləsi “Elm və həyat” jurnalında nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsində məktəbimizin ən qabaqcıl pedaqoji təcrübəyə malik, öz savadı, dünyagörüşü ilə sayılıb seçilən müəllimlərindən biri olan coğrafiya müəlliməsi İsmayılova Sədaqətin “Ekologiyanın insan həyatında rolu” mövzusunda elmi məqaləsi nəşr olunub. Elmin bütün istiqamətlərinin ikişafını əsas hədəf tutan “Elm və həyat” jurnalının bugünkü hədəfi Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir. Məqalədə Ekologiya və müasir insan, insanın həyatında ekologiyanın rolu, ekoloji problemlərin qloballığı kimi aktual məsələlərə toxunulmuş, onların əhəmiyyəti, vacibliyi şərh edilmişdir. Qeyd edək ki, bu Sədaqət müəllimənin ilk uğuru deyil. Daha öncə də onun elmi əhəmiyyətli məqalələri respublikanın ən məşhur elmi məcmuələrində nəşr edilmişdir. 168 saylı tam orta məktəbin bütün pedaqoji kollektivi həmkarımızın bu uğuruna ürəkdən sevinir. Bütün həmkarları adından onu səmimi qəlbdən təbrik edir, ona öz yaradıcı, məhsuldar fəaliyyətində daha yüksək zirvələr fəth etməyi arzulayırıq.