“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs-debat keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2017-ci ilin yanvar ayından etibarən paytaxtın 12 rayonu üzrə 37 mərkəzdə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin tədrisi həyata keçirilməkdədir. Dərslərin təşkilinin əsas məqsədi Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaqlar.Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə məktəbimizdə bir sıra tədbirlər və açıq dərslər keçirilmişdir. Dil ədəbiyyat müəllimi Alxasova Sevda, tarix müəllimi Zeynalova Aygünün rəhbərliyi ilə şagirdlərimiz Heydər Əliyev Mərkəzinə Ulu öndərin keçdiyi həyat yolunu görmək və yaddaşlarında əbədiləşdirmək məqsədilə ekskursiyada oldular. İbtidai sinif müəllimi Mikayılova Nigar rəhbərlik etdiyi IV b sinfinin ibtidai sinif şagirdləri ilə Heydər Əliyev haqqında sual-cavab və debat proqramda dərs təşkil etmişdir. Dərs prosesində şagirdlər çox fəal iştirak etdilər. Dərs şagirdlər tərəfindən çox maraqla qarşılandı. Dərs dinləmədə iştirak edən məktəb rəhbərliyi bildirdi ki, məktəbimizdə belə dərslərin keçirilməsi və davamlı olması təqdirəlayiqdir.06. 02. 2017-ci il tarixində məktəbimizin direktoru Mikayılov Şakirin rəhbərliyi, XI sinif şagirdlərinin iştirakı ilə Pirallahı Rayon İcra Hakimiyyətində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs-debat keçirildi. Dərs Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra açıq elan edildi. .akir müəllim şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar haqqında geniş məlumatlar verdi. O, öz çıxışında qeyd etdi ki, "Təhsil millətin gələcəyidir" deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O, bildirmişdir ki, "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır ". Bu sahədə qayğını Ulu Öndərimiz Azərbaycana rəhbərlik edərkən göstərmişdir. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görürük ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikiməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Hal-hazırda da ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir. Dərsin davamı prosesində Şakir müəllim XI sinif şagirdlərinin mövzu ilə bağlı suallarına cavab vermiş, dərs qarşılıqlı müzakirə şəraitində keçmişdir. Dərsin sonunda şagirdlərə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi