"Ekoloji Aylıqlar" layihəsinin yekununa həsr edilmiş dəyirmi masa keçirildi
BŞTİ-nin elan etdiyi “Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbimizin işlənib, hazırlanmış fəaliyyət planına uyğun olaraq, “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və İqtisadiyyat” istiqamətində yanvar ayının ilk həftəsindən etibarən silsilə tədbirlər keçirilmişdir. Belə ki, məktəbimizdə 5-11 –ci sinif şagirdləri arasında “Qənaət bitib-tükənməyən sərvətdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. İşlər müəllim heyəti tərəfindən yoxlanılmış, qaliblər müəyyən edilmişdir. “Ekoloji Aylıqlar” layihəsinin davamı olaraq məktəbimizin biologiya müəllimi Elnarə Rəhimovanın təşəbbüsü ilə “Ekoloji Problemlər” mövzusunda təqdimatlar keçirildi. Tədbirdə məktəbimizin pedaqoji heyəti, şagirdlər, valideynlər iştirak etdilər. Şagirdlərimizin həvəslə hazırladığı slaydlar hamı tərərfindən maraqla qarşılandı. Təqdim edilən slaydlarda şagirdlərimiz qlobal ekoloji problemlər, onların həlli yolları, ətraf mühit və onların tullantlılardan azad edilməsi, havanın zərərli maddələrdən təmizlənməsi, meşələrin qırılması, təbətin qorunmasına və s. problemlərə toxunmuşdular. Yanvar ayının son həftəsində tarix müəlliməmiz Sadıxova Səkinənin X-XI sinif şagirdlərinin iştirakı ilə keçirdiyi “Ekologiya və İqtisadiyyat” mövzusunda dəyirmi masa da şagirdlərimizin böyük marağına səbəb oldu. Tədbir şagirdlərimizin mövzu ətrafında çıxışları, müzakirələri ilə yadda qaldı. Tədbirin sonunda Səkinə müəllimənin “Ekologiya və İqtisadiyyat” mövzusunda hazırladığı video slayd nümayiş etdirildi. Aylığın sonuncu günündə, məktəblilərin qış tətilindən öncə şagirdlərimiz doğma məktəblərində təmizlik və tərtibat, abadlıq işləri ilə məşğul olmuş, məktəb daxilində sinif otaqlarını səliqəyə salmaq, otaq bitkilərinə qulluq etməklə yanaşı həm də məktəbin həyətyanı sahəsini də abadlaşdırmış, ağac və gül kollarına qulluq etmişlər.01. 02. 2017-ci il tarixində məktəbimizdə “ Ekologiya və İqtisadiyyat” aylığının yekunlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Məktəbin direktoru Mikayılov Şakir aylıq ərzində keçirilən tədbirlər və görülən işlər barədə iştirakçılara məlumat vermiş, layihəyə olan böyük marağa və iştiraka görə məktəbin pedaqoji heyətinə öz dərin minnətdarlığını bildirmişdir. Tədbirin yekununda Şakir müəllim “Ekologiya və sağlamlıq”, “ Ekologiya və İqtisadiyyat” layihəsi çərçivəsində öz xüsusi fəallığı ilə fərqlənən müəllim və şagirdləri fəxri fərmanlarla mükafatlandırmışdır.