Kitabxanamızda "Şəhidlər əbədidir" mövzusunda elmi bədii kompozisiya keçirildi

19. 01. 2017-ci il tarixində məktəbimizin kitabxanasında kitabxana müdirimiz Məmmədxanova Gülxatının rəhbərlliyi, məktəbimizin 4 b sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Şəhidlərimiz əbədidir” mövzusunda elmi bədii kompozisiyalı tədbir keçirildi. 4 b sinif şagirdlərinin fəallığı bütün tədbir iştirakçılarının böyük heyrət və marağına səbəb oldu. Belə ki, tədbirin ssenari müəllifi, ifaçısı, bir sözlə desək tədbirin araya ərsəyə gəlməsinin səbəbkarı məhz uşaqlar özləri idi. Onlar Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş müxtəlif şeirlər, bayatılar səsləndirdilər, səhnəciklər ifa etdilər. "İlham və Fərizənin həyatı"na həsr olunmuş səhnəciyin nümayişi tədbir izləyicilərini sözün əsl mənasında göz yaşlarına boğdu. Böyük qəlbli balaca fidanlarımız bildirdilər ki, tədbiri həyata keçirməkdə məqsədimiz ibtidai sinif müəlliməmiz Nigar müəllimənin qan yaddaşımıza əbədi həkk etdirdiyi bu faciəni unutdurmamaq və gələcəkdə hər kəsə aşılamaqdır. Bu hər birimizin vətəndaşlıq borcudur. Onlar Gülxatın müəlliməyə tədbirin gedişatına rəhbərlik etdiyi, onlara tədbirin keçirilməsi üçün şərait yaratdığı, mövzu ilə bağlı kitabxana resurslarından düzgün seçim etməkdə istiqamət verdiyi üçün dərin minnətdarlıqlarını bildirdilər. Sonda tədbirin həyata keçirilməsində böyük əməyi olan Gülxatın müəllimə 4 b sinfinin sinif rəhbəri Nigar müəlliməyə bu cür qabiliyyətli, vətənpərvər, hərtərəfli düşüncəyə, istedada malik uşaqlar yetişdirdiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, vətənimizin, xalqımızın gələcəyi etibarlı əllərdədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi