IX siniflərdə monitorinq keçirildi
09.01.2017-ci il tarixində məktəbimizin 9-cu siniflərində Ana dili və Riyaziyyat fənləri üzrə monitorinq keçirildi. Ana dili və Riyaziyyat fənlərindən keçirilən məktəbdaxili qiymətləndirmənin (monitorinq) təşkili və prosesə nəzarəti məktəb rəhbərliyi özü həyata keçirdi. Sual kitabçaları və cavab kartları məsul fənn müəllimləri tərəfindən hazırlanmışdı. İlk 30 dəqiqə ərzində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşdilər, cavab kartları paylanıldı, cavab kartının düzgün doldurulma qaydası izah edildi. 30 dəqiqədən sonra isə sual kitabçaları paylanıldı və imtahan suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt verildi. İmtahan 10:30-da başlandı və 12:00-da qurtardı. İmtahana qeyri-ixtisas müəllimləri nəzarət edirdilər. İmtahan tam bitdikdən sonra cavab kartları nəzarətçi müəllimlərə təhvil verildi. IX siniflərin real bilik səviyyələrini müəyyən edilməsi və nəticələrin yaxşılaşdırılması istiqamətində düzgün tədbirlərin görülməsi üçün monitorinq tam şəffaf və obyektiv şəraitdə keçirildi. Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin izlənilməsi və təlim keyfiyyətinin yüksəldilməsinə riayət etmək idi.