31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə məktəbimizdə tədbir keçirildi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Mikayılov Şakir, təlim-tərbiyə işlər üzrə direktor müavini Böyükkişiyeva Kəklik, tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, məktəbin pisxoloqu Qəhrəmanova Röya, Uşaq birliyi rəhbəri Abasova Zülfünaz və digər müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru M. Şakir açdı. O, öz çıxışında məktəb müəllimlərini və şagird kollektivini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi, şagirdlərə uğurlar arzuladı. Şakir müəllim bildirdi ki, dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin dövlətçilik tarixindəki ən böyük xidmətlərindən biridir və onun davamçısı cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir. Şakir müəllim çıxışını bitirdikdən sonra sözü şənlik aparıcılarına və şagirdlərə verdi. Şagirdlərin birgə hazırlığı nəticəsində ərsəyə gələn şənlik gözəl ifalarla və çıxışlarla davam etdi. Tədbirdə xüsusi ilə ibtidai sinif şagirdləri fəal iştirak etdilər. Balaca fidanlarımızın ifasında səslənən mahnılar, şeirlər, rəqslər hər kəsin marağına səbəb oldu. Tədbirin bu cür maraqlı, möhtşəm keçməsində ibtidai sinif müəllimlərimiz Muradova İradə və Əmirova Xırdaxanımın böyük əməyi var idi. 2016-cı il məktəbimiz üçün böyük uğurlarla yadda qaldı. 2017-ci il daha böyük uğurlara imza atacağımıza ümid edir və inanırıq.