Narkomaniyaya yox deyək
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Azərbaycanda da yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Martın 1-də məktəbin 9-11 ci sinif şagirdləri ilə “Özünü narkomaniyadan qoru” adlı maarifləndirici söhbət aparılıb. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Bakı şəhəri Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə proflaktika şöbəsi rəisi polis polkovniki İbrahim İsmayılov, Bakı şəhəri Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri,polis polkovnik leytenantı Emin Məmmədov, Pirallahı Rayon Polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis mayor Əfqan Soltanov, Bakı şəhəri Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktika şöbəsinin əməkdaşı polis mayor Rəşad Dadaşov, Pirallahı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru polis leytenantı Niyazi Hacıyev işirak ediblər. Tədbirin qonaqları öz çıxışlarında narkomaniyanın törətdiyi fəsadlar, bu kimi pis vərdişlərdən uzaq durmaq və necə qorunmaq barədə fikirlər söyləyiblər. Narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub.