Baharın rəngləri
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədi ilə “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsinin məktəb turu keçirilib. Məktəb turunda 5 B sinif şagirdi Süleymanlı Nəzrin " Gül çələngi", 7 C sinif şagirdi Salahlı Əsmər "Səbətdə yasəmən" adlı əl işləri ilə qalib seçiliblər.