Ana dilimizi qoruyaq

     Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır, bu onun mənəvi borcudur.  21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün " Beynəlxalq Ana dili Günü " kimi qeyd edilir. Bu münasibətlə bu gün - 21.02.23-cü il tarixdə məktəbdə 21 fevral Ana Dili Günü hər il olduğu kimi qeyd olunub.Tədbirdə 0-IX sinif şagirdləri iştirak edib.Şagirdlərin ifasında Ana dili gününə həsr olunmüş şeirlər söylənilib,mahnılar və səhnəciklər nümayiş etdirilib. Pirallahı Rayon İcra Aparatının nümayəndəsi Loğman Müslümov qonaq qismində iştirak edib.Məktəbin direktoru Elnur Bayramov müəllimlərə və şagirdlərə bu günün özəlliyindən bəhs edib.Tədbirni ərsəyə gətirilməsində əməyi olan tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimovaya,məktəbin dil və ədəbiyyat müəllimləri Günel Hüseynovaya,Sevda Alxasovaya,Sevda Musayevaya, Pərvanə İsmayılovaya, İlhamə Manafovaya, UBR Zülfünaz Abasovaya, psixoloq Röya Qəhrəmanovaya öz minnətdarlığını bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi