“Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirildi

Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının birgə təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusuna həs olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hərbi vətənpərvərlik və ideoloji şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdilər.

      İlk öncə dövlət himni səsləndirilmiş Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş video-çarxa baxılmışdır.

      Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ordu quruculuğunun və gənclər siyasətinin banisi olduğunu, bu gün cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahələrdə ardıcıl iş aparıldığını, dünyanın ən qabaqcıl orduları sırasında olan bir orduda xidmət keçməyin gənclərimiz üçün böyük şərəf olduğunu, Azərbaycanın sabitlik və inkişafının qarantı olanvətənpərvərər dövlət başçımızın ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcu olduğunu bildirmişdir.

     Ümummilli liderimiz Heydər Əliyevin “Vətən yalnız coğrafi ərazi deyil, harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyi, əbədi səcdəgahıdır” kəlamı ilə başlayan Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Azərbaycan ordusunun nə qədər güclü olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan mühüm amillərdəndir. Vətənpərvərlik insanda lap kiçik yaşlardan aşılanmalı, gənclərimiz tariximizi yaxşı bilməli, vətənpərvər ruhda böyüməlidir.

      Sonda çıxış edən 168 nömrəli tam orta məktəbin Azərbaycan dili, ədəbiyyat müəllimi Sevda Alxasova belə tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində atılan uğurlu addımlardan olduğunu vurğulayaraq təşkilatçılara təşəkkürünü bildirmiş, dövlətimizin gələcəyi, sivil cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

      Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilmiş və xatirə fotosu çəkilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi