VIII sinifdə Ədəbiyyat fənnindən açıq dərs keçirildi - Müəllim Alxasova Sevda

    Məktəbin 2016-2017-ci il fəaliyyət planına əsasən keçirilən Ana dili və Ədəbiyyat fənn aylığı ilə əlaqədar olaraq Ədəbiyyat fənni üzrə keçirilən növbəti açıq dərs məktəbimizin Azərbaycan dili və Ədəbiyyat fənni üzrə üsulbirləşmə rəhbəri Alxasova Sevdanın 8 a sinfində “Koroğlu ilə Bolu bəyin müqayisəli təhlili” mövzusunda açıq dərsi oldu. Dərs dinləmə prosesində məktəbin direktoru M. Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini B. Kəklik, Tərbiyə işləri üzrə direktor müavini R. Sevda, Azərbaycan dili və Ədəbiyyat müəllimləri M. Sevda, H. Günel iştirak etmişdir Dərs dahi Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasının möhtəşəm sədaları ilə başlandıqdan sonra Sevda müəllimə frontal sorğu ilə şagirdlərin əvvəlki dərsdə qazandıqları bilik və bacarıqların möhkəmliyini yoxladı. Yeni mövzunun izahı əvvəlcədən Mimio Studio proqramının elektron lövhəsində hazırlanmış slaydlardan istifadə olunaraq, kurikulumun tələblərinə uyğun tərzdə həyata keçirildi. Motivasiya mərhələsi, tədqiqat sualı, tədqiqatın aparılması, yaradıcı tətbiqetmə hər biri slaydlarda öz əksini tapmışdı. “Koroğlu” dastanının mənbəyini Cəlalilər hərəkatının əks-sədası təşkil edir fikri ilə müəllim Alxasova Sevda dastanın yaranma tarixi, nəşri haqqında ətraflı məlumat verdi. Hər qrup üçün slaydlarda hazırlanmış suallara şagirdlər elektron lövhədə aydınlıq gətirir, fikirlərini şərh edirdilər. Dərsdə elmilik axıra qədər müəllim tərəfindən izlənildi. Coğrafiya, tarix, musiqi, fənləri ilə əlaqələndirmə dərsdə iştirak edən müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Müzakirə zamanı fənn müəllimləri biz dərsdən öyrəndik söylədilər. Məktəbin tədris işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik açıq dərsə verilən tələblərin tamamilə ödənildiyini vurğuladı. Təşkilati işlər üzrə direktor müavini Rəhimova Sevda qeyd etdi ki, dərsdə vətənpərvərlik, dövlətçilik hissləri şagirdlərin və müəllimin cümlələrində öz əksini dolğun şəkildə əks etdirirdi. Məktəbin müdiri Mikayılov Şakir dərsə yüksək qiymət vermiş və gənc müəllimlərə Sevda Alxasovanın təcrübəsindən yararlanmağı, xüsusən kurikulum standartlarının istifadə yollarını, onların necə reallaşdığını öyrənməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi