Narkomaniya və erkən nikah
Fevralın 3-də məktəbin yuxarı siniflərinin risk qrupuna daxil olan şagirdləri ilə “Erkən nikahın fəsadları” mövzusunda və "Narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbirlər keçirildi.Tədbirdə Pirallahı Rayonu İcra Hakimiyyətinin böyük məsləhətçi- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev , İctimai -siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Qızıl Aypara cəmiyyətinin sədri Təranə İsgəndərova " Erkən nikahın fəsadları " mövzusunda ailə modelinin formalaşdırılması, erkən nikahın yaratdığı problemlər barədə söhbət aparıldı, mövzuya uyğun slaydlar nümayiş etdirildi.
"Narkomaniyaya yox deyək" adlı tədbirdə nakomaniyanın yaratmış olduğu fəsadlar, onun insan sağlamlığına vura biləcəyi mənfi təsirlərdən bəhs edən videoçarxlar izlənildi. Sonda tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini və müəllimlər çıxış edərək son zamanlar narkomaniyanın sürətlə yayılması, onun həlli yolları, gələcəkdə görülə biləcək qabaqlayıcı tədbirlər haqqında söhbət açdılar və gənclərlə müzakirələr apardılar.