20 Yanvar şagirdlərin dili ilə

     ​Yanvarın 19-da məktəbin ibtidai sinif müəllimləri  tərəfindən 20 Yanvar hadisələrinə həsr edilmiş xüsusi dərs keçirilib.Məktəb direktoru Elnur Bayramov, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova, məktəbin psixoloqu Röya Qəhrəmanova, UBR Zülfünaz Abasova ibtidai siniflərdə 20 Yanvar faciəsi haqqında şagirdləri məlumatlandıraraq söhbətlər aparıblar. Dərsdə şagirdlərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən törədilən Qara Yanvar faciəsinin xalqa qarşı amansız qırğın olduğunu bildiriblər. Azərbaycan tarixinin ən faciəvi günlərinin 33-cü ildönümünə aid xüsusi dərsin əsas məqsədi sagirdlərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi, onlara Vətənimizə və tariximizə sevgi hissi aşılamaq olub. Dərs şagirdlərin böyük marağı və fəal iştirakı ilə keçib. Onlar 20 Yanvar faciəsinə həsr olunmuş şəkillər və divar qəzetləri hazırlayıblar. Sonda məktəbin direktoru Elnur Bayramov öz çıxışında vurğulayıb ki, 20 Yanvar faciəsini xalqımız heç vaxt unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi