20 Yanvar faciəsini qürurla andıq

    20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. Azərbaycan xalqı bu günü, Vətənin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
    Yanvarın 17-də məktəbin  tarix müəllimi Şəfəq Abdıyeva 5 "B" sinfində şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə bağlı dərs keçirmişdi. Dərsdə bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. Şagirdlərdə öz növbələrində " 20 Yanvar " faciəsinə aid rəsm çəkib,şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi