“Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” adlı maarifləndirici tədbir

    Dekabrın 16-da məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Elnur Bayramov,tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova,Uşaq Birliyi Rəhbəri Zülfünaz Abasova, psixoloq Röya Qəhrəmanova,  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədov ,Loğman Müslümov,Rauf Əliyev , "Pirallahı Tibb Mərkəzi" publik hüquqi şəxsin direktor müavini Fəranə Gözəlova və məktəbin müəllim və şagirdləri iştirak ediblər.Rauf Əliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb.Ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan dövləti narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparır,bu istiqamətdə ölkədə müxtəlif işlər görür.Elvin Məmmədov,Fəranə Gözəlova və başqaları cıxış edərək narkomaniyanın cəmiyyətə ölçülməyən dərəcədə fəsadlarını vurğulayaraq belə maarifləndirmə tədbirlərinin zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi