“Milli-Mənəvi irsimiz- Bizim tariximizdir” adlı Diyarşünaslıq Olimpiadası
Aprel ayının 25-də Pirallahı Rayonu ərazisindəki məktəblər arasında “Milli-Mənəvi irsimiz- Bizim tariximizdir” adlı diyarşünaslıq olimpiadası keçirilmişdir. Dahi liderimiz H. Əliyevin 92 illik yubileyi ərəfəsində keçirilən, özündə milli-mənəvi dəyərlərimizi, tariximizi, coğrafi mövqeyimizi yaşatmaq və təbliğ etmək məqsədi daşıyan yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun əmri ilə həyata keçirilir. Pirallahı Rayonunun Uşaq yaradıcılıq mərkəzində baş tutan yarışın təşkilatçısı “ Diyarşünaslıq” dərnəyinin rəhbəri Flora Şamilova idi. Qeyd edək ki, bu Flora xanımın ilk işi olmasına baxmayaraq yarış yüksək səviyyədə, tam şəffaf şəraitdə təşkil edilmişdi. Yarışda Pirallahı rayonu ərazisində fəaliyyət göstərən 168, 186, 231, 235, 243 nömrəli məktəblərin IX, X, XI siniflərinin hər birindən bir şagird olmaqla ərsəyə gəlmiş komandaların bilik yarışı formasında keçirilmişdir. Qeyd edək ki, yarış zamanı komandalara hər birində 40 sual olan test kitabçaları təqdim edilmiş, sualları cavbalandırmaq üçün 1 saat vaxt müddəti verilmişdir. Sualların məzmunu tarix, coğrafiya, milli adət ənənəlrimiz, milli dəyərlərimizi əhatə etmişdir. Yarış hər sual 3 bal dəyərində olmaqla, səhv cavabların sayının düz cavablara heç bir təsiri olmaması şərti ilə yekunlaşdı.Məktəbimizi bu yarışda IX sinif şagirdi Əhmədov Cəlil, X sinif şagirdi Əsədova Rəşidə və XI sinif şagirdi Cabbarova Dərya təmsil edirdi. Yarışın yekununda komandamız qalib olan 186 N-li tam orta məktəbin komandasından 1 sual fərqi ilə geri qalaraq 35 suala düz cavab yazmış, 105 balla II yerin qalibi olmuşdur. 168 N-li tam orta məktəbin müəllim və şagird kollektivi adından qalib məktəbi və komandanı təbrik edir, onlara yarışın şəhər turunda rayonumuzu layiqincə təmsil etməyi arzulayırıq. Bütün şagirdlərimizə gələcək fəaliyyətlərində və ali məktəbə qəbul imtahanlarında müvəffəqiyyətlər arzu edirik.