“Sağlam qida - Sağlam nəsil” adlı layihə çərçivəsində sərgi –müsabiqə keçirildi

Dekabr ayının ikinci həftəsində məktəbimizdə “Pətək” yeni nəslin tərbiyəsi İctimai birliyinin “Sağlam qida-sağlam nəsil”adlı layihəsi çərçivəsində sərgi –müsabiqə keçirilmişdir. Müsabiqə I-VIII sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Sərgidə Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndəsi, İctimai Siyasi və Humanitar şöbənin müdir müavini Vüsal Babayev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq pediatrı Almaz Abasova, 168 N-li tam orta məktəbin direktoru Şakir Mikayılov, müəllim və şagird kollektivi, valideynlər iştirak edirdi. Sərgi-müsabiqədə sağlam həyat tərzini tərənnüm edən ərzaq məmulatları, ərzaq məmulatlarından hazırlanmış müxtəlif əl işləri, meyvə-tərəvəzləri əks etdirən əl işləri nümunələri sərgilənirdi. Şəfalı bitkilər, dənli bitkilər, ləpəli bitkilər nümayiş etdirilirdi. Həmçinin sərgidə kənd həyatının sağlam nümunələri və onları tərənnüm edən əl işləri də sərgiləndi. Hər sinifdən bir nümayəndə hazırladıqları əl işlərini təqdim edərək onun haqqında danışırdı. Sərgi yüksək səviyyədə hazırlanmışdı. 4 nominasiya üzrə siniflər qiymətləndirildi. I yer- 2b sinfi, II yer- Ic sinfi, III yer- 3a sinfi , IV yer- 5c sinfi , 2a ,1b ,1a sinifləri həvəsləndirici yer, qalan siniflər isə təşəkkürnamə ilə təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi