“Şuşa bizimdir,Qarabağ Azərbaycandır!” adlı dəyirmi masa

Mayın 8-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Manafova tərəfindən V”A” sinif şagirdləri ilə “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!” adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada “Şuşa haqqında rəvayətlər”, “Şuşada yaşamış yazıçılar və şairlər”, “Şuşanın incəsənət xadimləri”, “Şuşanın tarixi abidələri, erməni vandalizminə məruz qalmış tarixi abidələrimiz, “Şuşa uğurunda gedən döyüşlər və şəhərin alınmasında qəhrəmanlıq göstərmiş fatehlər” mövzularında esselərini təqdim ediblər.
Daha sonra müəllim şagirdlərə Şuşanın işğaldan azad olunmasında rəşadətli ordumuzun gücündən bəhs edərək, bildirib ki, Qarabağ zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.