Fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq qruplarının seçimi
Noyabrın 23-də BŞTİ tərəfindən aşağı yaş qrupu şagirdləri üçün (6-ci və 7-ci sinif) fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq qruplarının seçim imtahanı təşkil edilib. İmtahanın birinci mərhələsində şagirdlər 20 riyaziyyat və 5 məntiq sualı olmaqla, cəmi 25 sualdan ibarət test tapşırığını cavablandırıb. İmtahan müddəti 80 dəqiqə olub.