Körpə fidanlarımız “Nağıllar aləminə səyahət ” etdilər

06. 12. 2016-cı il tarixində məktəbimizin kitabxanasında “Nağıllar aləminə səyahət ” adlı möhtəşəm tədbir keçirilmişdir. Bu münasibətlə məktəbdə hər birimizin ən sevimli, ən əziz məkanı olan kitabxanamız ibtidai sinif şagirdlərimizin nağıl personajlarına aid düzəltdikləri oyuncaqlar, əl işləri və çəkdikləri rəsm əsərləri ilə bəzədilmişdi. Tədbiri giriş sözü ilə açan kitabxana müdirimiz Məmmədxanova Gülxatın kitab oxumağın faydalarından, kitabların insan həyatındakı əvəzsiz rolundan danışdı, onları bədii qiraətə, mütaliəyə daha çox vaxt ayırmağa səslədi. Gülxatın müəllimə həmçinin kitabxanada olan kitablar haqqında məlumat verərək, kitabları sevməyi və qorumağı uşaqalara tövsiyyə etdi.Daha sonra məktəbin 4 b sinif şagirdləri oxu zalında tədbir iştirakçıları üçün sevdikləri kitablardan parçalar oxudular, kiçikyaşlı ibtidai sinif şagirdləri üçün nağıllar səsləndirdilər. Bu vaxta qədər oxuduqları "Azərbaycan nağılları " kitablari haqqında öz fikirlərini söylədilər. Tədbirin davamı prosesində 2 və 3-cü sinif şagirdlərinin səhnələşdirdikləri nağılın nümayişi digər ibtidai sinif şagirdlərinin böyük marağına səbəb oldu.Tədbirdə iştirak edən bütün ibtidai sinif şagirdləri həm əyləndilər, həm də nağıllar aləminə səyahət etmiş oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi