Şagirdlərin orta təhsil pilləsinə uyğunlaşması və yol hərəkəti qaydaları
Noyabrın 1-də məktəbin müdiriyyəti və psixoloqu tərəfindən şagirdlərinin orta təhsil pilləsinə uyğunlaşması yol hərəkəti qaydalarını mənimsətmək məqsədilə şagirdlərlə maarifləndirici söhbət aparılıb, Təhsil pilləsindəki problemlərlə və eyni zamanda şagirdlərin küçə davranışı ilə bağlı araşdırmalar aparılıb,müzakirələr olunub. Eyni zamanda psixoloq şagirdlərin aqressivliyini yoxlamaq məqsədilə “Kaktus” metodikası və uşaqların neqativliyini aradan qaldırmaq üçün “Qabığına çəkil” hekaye terapiyası tətbiq edib. Şagirdlər hekayəni müzakirə edərək öz qüsurlarını, problemlərini, kollektivdə yaranan çatışmazlıqları necə həll etmək üsullarını öyrənib.