Respublika Fənn Olimpiadasının məktəb turu
Oktyabrın 29-da məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi VIII, IX, X, XI sinif şagirdləri arasında məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdıyevanın rəhbərliyi ilə Respublika Fənn Olimpiadasının məktəb turu keçirildi. Olimpiadada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix və informatika fənlərindən olmaqla ümumilikdə 33 şagird iştirak etdi.