“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində maarifləndirmə tədbiri keçirildi

24 noyabr 2016-cı il tarixində məktəbimizin akt zalında talassemiya xəstəliyi ilə bağlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin tibb bacısı Rüstəmova Könül, 10 saylı BŞX-nin həkimi Almaz Abbasova və IX-XI sinif şagirdləri, sinif rəhbərləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə talassemiya xəstəliyi və onun yaranma tarixi, talassemiya probleminin müalicə üsulu, talassemiya problemini əhatə edən digər məqamlar haqqında məlumat vermək oldu. Görüşdə ilk öncə talassemiya xəstəliyi haqqında sorğu keçirildi. Daha sonra şagirdlər talassemiya problemi ilə bağlı maarifləndirildi və bir çox maraqlı məqamlara toxunuldu. Tədbirdə irsi xəstəliklərin qarşısının alınması üçün evlənmədən öncə gənclərin həkim müayinəsində keçmələrinin vacibliyi xüsusi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi