27 sentyabr-Anım Günü

Sentyabrın 27-si Anım Günü səhər toplantısı ilə başladı. Himn səsləndikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Vətənpərvər ruhlu tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova öz çıxışında Vətən müharibəsi şəhid və qazilərinin göstərdiyi şücaətindən söhbət açdı. Məktəbin tarix müəllimi Şəfəq Abdiyeva şagirdlərə Anım Gününün mahiyyəti, təsis edilməsi haqqında geniş məlumatlar verdi.
İlk dərslər Anım Gününə həsr olundu. Bundan başqa Sevda Rəhimovanın rəhbərliyi və müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə rPirallahı rayon şəhidi Elmar Nəbiyevin ev muzeyinə ekskursiya təşkil olundu. Həmçinin uşaq birliyi rəhbəri Zülfünaz Abasovanın rəhbərliyi ilə "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində Pirallahı qəsəbəsində yerləşən şəhidlər abidəsi ziyarət olundu. Daha sonra həmin layihəyə əsasən ağacəkmə aksiyası keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şagirdlərə vətənpərvərlik ruhunun aşılanması onlara şəhidləri daim tanıtmaqdır.