Təbiəti qoruyanlar
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihə həyata keçirilir. Layihənin həyata keçirilməsi üçün məktəbdə bir sıra tədbirlər keçirilib.
Senytabrın 23-də keçirilən tədbir şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması , müəllim-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi məqsədi ilə təşkil olunub. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimovanın rəhbərliyi ilə təşkil edilən tədbirdə tədris işləri üzrə direktor müavini Türkel Abdiyeva, təsərrüfat işləri üzrə direktor müavini Günay Vəliyeva, uşaq birıiyi rəhbəri Zülfünaz Abasova, sinif rəhbərləri, fənn müəllimləri, şagirdlər yaxından iştirak ediblər.
Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim övladlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır.
Bütün bunları nəzərə alaraq şagirdlərlə maarifləndirici söhbətlər, müzakirələr aparıldı, məktəbin həyətində yaşıllaşdırılma işləri görüldü, meyvə ağacları, dekorativ ağaclar və çiçəklər əkildi. Yaşıl siniflər təşkil olundu, siniflərdə ekoloji guşə yaradıldı. Açıq havada dərslər təşkil olundu, inteqrasiya şəklində təşkil olunmuş təbiət və biologiya dərslərində şagirdlər calaqetmə prosesini təcrübi olaraq izlədilər. Şagirdlərdə təbiətə məhəbbət hissi daha da artdı.