Bilik Günü
15 sentyabr- Bilik Günü ilə əlaqədar keçirilən rəsmi tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərliyi , müəllimlər, valideynlər, şagirdlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq Bilik Günü təntənəli şəkildə qeyd olunmadı. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.