Müəllimlərimiz “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfransda iştirak etdilər
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda məktəblər, məktəb liderləri və müəllimlərin şagirdlərin təlim nailiyyətlərini yüksəltmək istiqamətində görə biləcəyi işlər öz əksini tapıb. Konfrans iki tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Mastersi (Yeni Zellandiya) Bakıya gətirməklə iştirakçıları beynəlxalq tədqiqatın işığında öz sinif təcrübələri ətrafında düşünməyə ruhlandırdı, müəllim və məktəblərin şagird nailiyyətindəki əhəmiyyətli roluna dair nümunələr təqdim edildi. Əsas məruzəçilərlə yanaşı yüksək təcrübəli beynəlxalq və yerli müəllimlər də bölmə iclaslarında təqdimatlar etdilər.17-18 noyabr tarixlərində Avropa Azərbaycan məktəbində keçirilən konfrans zamanı tanınmış təhsil ekspertlərinin peşəkar inkişaf təcrübələrini bölüşməsi ilə yanaşı ətraf regionlardakı müxtəlif məktəblərdən gələn müəllimlərin görüşməsi, ünsiyyət qurması və ən yaxşı təcrübələrini paylaşması üçün imkan də geniş imkanlar yaradıldı.İki gün davam edən konfransda məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini B. Kəklik, ibtidai sinif müəllimi Ə. Nigar, coğrafiya müəllimi İ. Sədaqət iştirak edib. Müəllimlərimiz konfransdakı iştiraklarına görə konfransın əsas məruzəçiləri olan Bill Martin və Debra Masters, eləcə də Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru Qrem Pollok tərəfindən təqdim edilən beynəlxalq dərəcəli sertifikatla mükafatlandırılıblar.