“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiya təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. Həmin tədbirlər çərçivəsində 12 noyabr 2016-cı il tarixdə məktəbimizin təhsildə və ictimai işlərdə fərqlənən 8 nəfər şagirdi növbəti tur-aksiyanın iştirakçısı oldu. Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar. Bu tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə IX-XI sinif şagirdlərimiz başlanğıc olaraq Gəncə şəhəri ilə tanışlığa Heydər Əliyev parkından və Ulu öndərin adını daşıyan Mərkəzdən başladılar. Gəncənin Qala arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olduqdan sonra məktəblilər dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, şəhərlə tanışlığı Şah Abbas Məscidi, Çökək hamam tarixi-memarlıq abidələri, eləcə də Məhsəti muzeyi və xalq qəhrəmanı Cavad xanın türbəsi ilə davam etdirdilər. Sonra isə şagirdlərimiz Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi