Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində maarifləndirici tədbir

    Sentyabrın 13-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 168 nömrəli məktəbin akt zalında “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” və ,,Erkən nigahin,,qarşısının alinması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis şöbəsinin rəis müavini, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin  rəhbərləri iştirak ediblər.

    Tədbirdə məktəbin psixoloqu Röya Qəhrəmanova  çıxış edərək hər bir uşağın müdafiə olunmaq hüququ olduğunu bildirib. Psixoloq onu da vurğulayıb ki, uşaqlar özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar mütləq nəzərə alınmalıdır. Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir. O cümlədən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi