Milli Dirçəliş gününə həsr edilmiş dəyirmi masa keçirildi
15. 11. 2016- cı il tarixində məktəbimizin kitabxanasında Kitabxana Şurasının rəhbəri Məmmədxanova Gülxatının təşkilatçılığı ilə Milli Dirçəliş gününə həsr olunmuş “İnkişafa gedən yol” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlilməsi ilə başlanan tədbirin ardında Gülxatın müəllimənin “Milli qürur günümüz” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, hər bir xalqın, hər bir millətin tarixində ona əziz, doğma olan xüsusi günlər vardır. 17 noyabr - Milli Dirçəliş Günü çağdaş tariximizin ən önəmli, xatirimizdən heç vaxt silinməyəcək bir günü, hər birimizin şərəf duyduğu bir tarixdir.Gülxatın müəllimə həmçinin öz çıxışında bildirmişdir ki, 1988-ci il noyabrın 17-də sovet hökumətinin apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Bakının Azadlıq meydanında başlayan və 17 gündən artıq davam edən kütləvi aksiyalar xalqımızın milli azadlıq hərəkatında ən mühüm mərhələ kimi qiymətləndirilir. 17 noyabrdan başlanan hadisələr Azərbaycan xalqının tarixinə milli şüurun oyanışı və dirçəlişi kimi daxil olmuşdur.“Dəyirmi masa”da çıxış edən şagirdlərimiz XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən ətraflı bəhs etdilər, Prezident İlham Əliyevin ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə gördüyü nəhəng işlər barədə danışdılar. Tədbirin sonunda bütün tədbir iştirakçıları əl-ələ tutaraq xalqımızı birliyə səslədilər.