28 May Müstəqillik Günü

    Mayın 27-də məktəbin fəaliyyət planına müvafiq olaraq “28 May – Müstəqillik Günü” ilə əlaqədar ibtidai sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə şagirdlərə müstəqillik tariximiz barədə məlumatlar verdilər, maraqlı kompozisiyalar təqdim etdilər.

Bundan əlavə məktəbdə həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “28 May – Müstəqillik Günü” münasibətilə  tədbir keçirildi.  

       İlk öncə qonaqlar “Müstəqillik günü” ilə əlaqədar məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbirdə Dövlət Himnimiz səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirdə çıxış edən natiqlər 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisə olduģunu qeyd etdilər.  

       Daha sonra Pirallahı rayon sakini Səmayə Tomarovanın “Şəhidlər, qazilər və müharibə iştirakçıları” adlı şeirlər kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində çıxış edənlər kitab haqqında öz fikirlərini bildirdi, kitabın müəllifinə şəhid və müharibə iştirakçılarına göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə məktəbin "3"A " sinif şagirdlərinin hazırladığı  vətənə, şəhidlərimizə həsr olunmuş kompozisiyalar təqdim edildi.

 

   

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi