TQDK növbəti monitorinq imtahanları keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 15, 16, 17, 20 və 21 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək. İmtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə keçirilir. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən 1 saatdır. İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş Respublikanın 22 şəhər və rayonunun məktəblərində keçirilir.Pirallahı rayonunun digər məktəblərindən fərqli olaraq məktəbimizdə hər 3 fəndən, daha dəqiq desək, 15 aprel tarixində Azərbaycan dili, 16 apreldə riyaziyyat, 17 aprel tarixində isə fizika fənnindən monitorinq imtahanının keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.Əziz şagirdlərimiz, hər birinizə bu imtahanlarda uğurlar, müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, hər zaman olduğu kimi bu imtahanlarda da sizə olan ümidlərimizi doğruldacaqsınız.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi