12 Noyabr Konstitusiya Günüdür
11. 11. 2016-cı il tarixində məktəbimizdə 12 Noyabr Konstitusiya günü - Müstəqil Konstitusiyamızın qəbul edilməsinin 20-ci il dönümü münasibətilə dəyirmi masa keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal müəllim, müəllimlər, şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəb direktorumuz Mikayılov Şakir tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etdi. Bildirdi ki, bu il Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 20 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur. Tədbirdə çıxış edən şagirdlər Konstitusiyanın qəbul edilməsi tarixindən danışdılar, Konstitusiya haqqında ümumi məlumatlar verdilər, Konstitusiyanın müxtəlif maddələrini onların mahiyyətini açıqladılar. Tədbirin davamı prosesində Konstitutsiyamız haqqında video çarx nümayiş etdirildi. Tədbirin yekununda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal müəllim öz çıxışında dəyirmi masanın yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və şagirdlərə öz dərin minnətdarlığını bildirdi, qeyd etdi ki, tariximizi öyrənmək, şagirdlərdə Konstitusiya və qanunlara hörmət hissi aşılamaq, hüquq mədəniyyətini formalaşdırmaq baxımından bu cür tədbirlərin keçirilməsi çox təqdirə layiq haldır.