Heydər Əliyev irsinin öyrənilməsi

    Mayın 10-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova 8"A" sinfində Ulu öndərin 99 -cu ildönümü ilə əlaqədar “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda nümunəvi dərs keçib. Sevda Alxasova qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir.

    O da qeyd edilib ki, ulu öndər Heydər Əliyev dahidir. Azərbaycanın siyasət arenasında, siyasi tarixində, siyasət müstəvisində “dahi” sözünü yalnız ulu öndər Heydər Əliyevin adı və soyadı qarşısında işlətmək olar. “Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.  

    Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi