Tarixi məkana-Qobustana ekskursiya təşkil olunub
Bakı şəhərinin yaxınlığında tarixi bir məkan- Qobustan
Burada Qobustan Dövlət Tarix və Bədii Qoruğu yerləşir.
Qobustan tarix və incəsənət ocağıdır. Bu qoruqdakı muzey dünyanın ən yaxşı muzeylərindən biridir. Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Burada qorunub saxlanan insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumatlar verir.
Açıq səma altında qayalar üzərindəki qədim rəsmlərə, "Qavaldaş"a və digər maddi tapıntılara görə Qobustan qoruğu UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil edilmişdir.
02.05.2022-ci il tarixində məktəbin tarix müəllimi Şəfəq Abdıyeva və UBR Zülfünaz Abasovanın rəhbərliyi və "6"A" sinfinin K.A üzv şagirdlərinin iştirakı ilə "Tanıdaq" devizi altında tarixi məkana-Qobustana ekskursiya təşkil olunub.Keçirilən ekskursiyanın məqsədi şagirdlərimizə xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrətmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsilləri maarifləndimək idi. Ekskursiya zamanı tarix müəllimi Şəfəq Abdıyeva qoruq haqda şagirdlərə geniş məlumat vermişdir.