"Tolerantlıq sərvətimizdir" mövzusunda tədbir keçirildi

Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olan, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar məktəbimizdə sisilə tədbirlər keçirilməkdədir. Belə ki, məktəbimizdə müxtəlif millətlərdən şagirdlər təhsil alır. Həmin şagirdlərin valideynləri məktəbə dəvət edilmiş, tolerantlıq mövzusunda tədbirlər təşkil edilmiş, “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda şagirdlərlə dəyirmi masa, inşa müsabiqəsi aparılmış, dövlətimizin yürütdüyü sağlam siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətlərin necə qurulması barədə şagirdlərə bir çox məlumatlar verilmişdir. 1 noyabr 2016-cı il tarixində məktəbimizdə Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş "Tolerantlıq sərvətimizdir" mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və RİH-nin əməkdaşları, Pirallahının dini və milli icmalarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öz çıxışlarında bildirdilər ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı sevindirir. Biz əminik ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq. Tədbirdə çıxış edən məktəb direktorumuz Mikayılov Şakir öz çıxışında vurğuladı ki, ölkə başçımızın dediyi kimi ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar, vətənimiz bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir, ölkəmizdə tarixən heç vaxt milli və dini zəmində ayrı seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi, milli, mədəni və dini münasibətlər mövcud olub. Bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuş, bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunub saxlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi