Siniflərarası fənn olimpiadası
29 mart tarixində 7ci siniflər arasında Fizika fənn müsabiqəsi keçirildi. Fənn müsabiqəsində 10 Fizika və 10 məntiq sualları hazırlanmışdı. Fizikadan suallar olimpiyada tipli hazırlanmışdır. Beyin gimnastikasi məqsədi ilə məntiq sualları əlavə olaraq kitabçada tərtib olunmuşdur. Fizikadan keçirilən bu müsabiqə həm də monitorinq xarakterlidir. Məqsəd uşaqların mövzunu əzbər deyil, həqiqətən mahiyyətin anladıqlarını, məktəb testlərinden bir qədər fərqli formatda olan suallara yanaşmasini öyrənməkdir. Yarışmada 7A sinfindən İlkin Səfizadə, Fatimə Abbasova və 7B sinfindən isə Qədimova Ayan, Şükürov İsmət qalıb gəldi.
Yarışma qalibləri diplomla təltif olundu.
Müsabiqə məktəbin fizika müəllimi Heybətova Bahar müəllimənin təşkilatçılığı ilə keçirildi