31 Mart Soyqırımı
31 mart soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi, xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə mart ayının 31-də məktəbimizdə bir sıra tədbirlər təşkil olunub.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimovanın və UBR Abasova Zülfünazın təşkilatçılığı ilə VII-VIII sinif şagirdlərinin iştirakı ilə divar qəzetləri hazırlanıb, rəsm sərgisi və foto-stend nümayişi təşkil edilib.
Məktəbin tarix müəllimləri - Aygün Zeynalova VIII "A" sinfində açıq dərs keçib, Şəfəq Abdıyeva VI "A" sinfində “Soyqırım nədir ?” mövzusunda müzakirə xarakterli dərs keçərək soyqırımın dəhşətləri haqqında şagirdlərə ətraflı məlumat verib.
İbtidai siniflərdə 31 Mart Soyqırımını əks etdirən bədii, sənədli filmlər, videoçarxlar nümayiş etdirilib. Şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb.