Yurdumuza bahar gəlir

Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Keçmişimizi bu günümüzlə bağlayan, onu qoruyaraq gələcəyə aparan Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür. 168 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Baharın, Novruzun gəlişinə böyük bayram ovqatı, ruh yüksəkliyi, sevinc və həvəslə özünəməxsus şəkildə ciddi hazırlaşır. Artıq neçə gündür ki, ayrı-ayrı siniflərdə qeyd edilən Novruz bayramı bu gün məktəbəqədər hazırlıq kursunun kiçikyaşlı uşaqlar kollektivindən tutmuş məktəbin 11-ci siniflərinədək bütün şagird kontingentinin iştirakı ilə ümumməktəb tədbiri səviyyəsində böyük təntənə, coşqu ilə, əsl bayram abu - havasında qeyd edilmişdir. 

Novruz mətbəxinə aid hazırlanmış şirniyyat nümunələri, bayram iştirakçılarına təqdim olunan səmənili xonçalarda boyanmış yumurta, müxtəlif şirniyyatlar, çərəzlər bayram əhvalına xüsusi dad qatmışdır. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi