Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı maarifləndirici tədbir keçirilib.
Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı maarifləndirici tədbir keçirilib.
Biz artıq qalib ölkəyik,bunun qüruruyla yaşayırıq, Ali Baş Komandanımız İlham Əliyev və Müzəffər ordumuzun sayəsində. Təəssüf ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Həmin ərazilərə xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olanlara,yaralananlara da rast gəlinir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F–416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in ümumi təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə, Bakı şəhəri 168 nömrəli tam orta məktəbdə 10-11-ci sinif şagirdlərinin iştirakı ilə 28.02.2022 -ci il tarixində tədbir keçirildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Cəfərov, Qarabağ müharibəsi iştirakçıları Pərvin Abbaszadə və Kamran Əzizov, Pirallahı rayon məktəblərinin 10-11-ci sinif şagirdləri və hərbi rəhbərləri iştirak etdi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sona tədbiri giriş sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov açdı. O, təşkil olunmuş tədbirin mahiyyətini nəzərə çatdırdı. Daha sonra “Mina təhlükəsizliyi” mövzusunda slayd nümayiş etdirdi.
Mürsəl Qurbanov: "Minalanmış ərazilər harada aşkarlana bilər?, təhlükəli ərazilər hara ola bilər?, tanınmayan yerlərdə xüsusi davranış qaydaları, minaların törətdiyi fəsadlar, partlamamış hərbi sursatlar və onlara dair təhlükəsizlik tədbirləri , təhlükəli vəziyyətlərlə davranış qaydaları haqqında geniş maarifləndirici söhbətlər apardı.Minalar və partlamamış hərbi sursatlar və əldəqayırma partlayici vasitələrə yavaşca toxunduqda belə partlaya bilər.Ona görə də hər zaman sayıq olmalarını heç vaxt məlum olmayan təhlükəli ərazilərə girməmələrini və müxtəli ftəhlükəli vəziyyətlərdə davranış qaydaları”nı şagirdlərin nəzərinə çatdırdı.
Şagirdlərə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmişdir.
Sonra müharibə iştirakçısı Pərvin Abbaszadə çıxış edərək döyüş zamanı göstərdikləri həm qəhrəmanlıq salnamələrindən söz açdı, həm də yaranan təhlükəli anlardan, bu vəziyyətdən necə xilas olma təəssüratlarını şagirdlərlə bölüşdü.
Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb, onların suallarını cavablandırdı.